Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Harada türk var, orda saz var...

Harada türk var, orda saz var...

Noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi oldu.
 
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev milli mədəniyyətimizin təbliği baxımından festivalın əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, ölkəmizdə artıq ikinci dəfədir keçirilən beynəlxalq festivala Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Gürcüstan və Dağıstandan (Rusiya Federasiyası) da aşıqlar qatılıb.
Vaqif Əliyev milli-mənəvi dəyərlərimizə, xalq yaradıcılığına, muğama, aşıq sənətinə dövlət səviyyəsində hər zaman böyük qayğı göstərildiyini diqqətə çatdırdı: “Aşıq sənəti xalq ədəbiyyatımızın, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, muğam sənətindən sonra aşıq sənəti də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi”. 
Aşıq sənətinin ədəbiyyatımızın, musiqimizin, mədəniyyətimizin inkişafında tutduğu mövqeyə diqqət çəkən Vaqif Əliyev ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn bu irsin ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verdiyini qeyd etdi: “Bu gün də onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, aşıq Alının, aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, aşıq Hüseyn Şəmkirlinin, Mikayıl Azaflının, aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərib, bu gün də təsir göstərməkdədir”. 
Qeyd olundu ki, xalq ruhunun qoşa qanadı olan aşıq sənətinin inkişafı üçün son illər xeyli işlər görülüb. Dövlətimiz bu sahəyə xüsusi diqqət göstərir. Aşıqlarımız, istedadlı ifaçılarımız fəxri adlara layiq görülür, onların konsertləri təşkil olunur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti şöbəsinin və kafedranın fəaliyyət göstərməsi, Bakıda və respublikanın əksər bölgələrindəki musiqi məktəblərində aşıq sənətinin tədris olunması, Gədəbəydə aşıq məktəbinin yaradılması xalq incisinə dövlət qayğısının bariz nümunəsidir.
 
Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub bildirdi ki, Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən bu festival aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və ozan-aşıq sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi üçün böyük imkanlar yaradır. Yaşı əsrlərlə ölçülən bu sənət ulu türklərin qədim həyat tərzini ifadə edən müqəddəs mirasdır: “Özündə milli ruhumuzu, musiqimizi, qəhrəmanlıq tariximizi əks etdirən aşıq sənəti biz türklərə məxsusdur. Harada türk varsa, orda saz var, harada saz varsa, orda türk var. Azərbaycan xalqı da bu irsi müqəddəs sənət kimi ulu Dədə Qorquddan üzübəri qoruyub, yaşadıb və inanıram ki, bundan sonra da yaşadıb təbliğ edəcək. Bu sənəti qoruyub təbliğ etmək hər birimizin şərəf işi və müqəddəs borcudur. Xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünyanın mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi bir az da artırmış oldu”. 
 
Daha sonra festival iştirakçısı olan sənətkarlar geniş konsert proqramı ilə çıxış etdilər. Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Gürcüstan (Borçalı), Dağıstan, habelə Qazax, Tovuz, Naxçıvan, Göyçə, Şirvan, Kəlbəcər, Laçın aşıqlarının çıxışları maraqla qarşılandı.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk Beynəlxalq Aşıq Festivalı 2010-cu ilin oktyabrında keçirilib. 
Noyabrın 17-dək davam edəcək budəfəki festival çərçivəsində aşıqların Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar rayonlarında çıxışları olacaq.
 
Fariz Hüseynov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 [center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes5.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
 [center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes4.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
 [center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes2.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
 [center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
 [center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes3.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes6.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes7.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes8.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes9.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes10.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes12.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes11.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes13.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 
[center] <img alt="alt" src="http://zalimxanyaqub.com/images/ckeditor/image/main/AAB/fes14.jpg" style="margin-left: 20px; margin-right: 20px; margin-top: 5px; margin-bottom: 5px; float: center; width: auto; height: 350px; " /> [/center]
 [/size][/font] [center] alt [/center]
  Geri