Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni kitab işıq üzü görüb
Bu günlərdə Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni kitab işıq üzü görüb. “Şərq-qərb” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən albom-kitabın tərtibatçısı və ön sözün müəllifi professor Teymur Əhmədov, məsul redaktoru Musa Nəbioğludur.
Oxuculara təqdim olunan kitabda Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun həyatı, ədəbi mühiti, şəxsiyyəti, poetik yaradıcılıq yolu və ictimai fəaliyyəti zəngin arxiv sənədləri, fotoşəkillər və digər materiallar əsasında işıqlandırılmışdır. Burada şairin ədəbi aləmdə inamlı addımları, sənətin şöhrətli zirvəsinə qədər keçdiyi yüksəliş yolu dolğun əks olunmuşdur.
Bu dəyərli hədiyyə milli şeirimizi öz orijinal yaradıcılığı ilə zənginləşdirən Zəlimxan Yaqubun həyatı, ədəbi yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsinin, tələbə və müəllimlərin, tədqiqatçı alimlərin stolüstü kitabı olacaqdır.
|