Almaniyada Zəlimxan Yaqubun doğum günü qeyd olunub
Xalq şairinin 62 yaşı tamam olub
Yanvarın 21-də Almaniyanın Hannover şəhərində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun doğum gününə həsr olunmuş tədbir keçirilib.
“Xəzər” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Zəlimxan Yaqub və onun ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, poeziya vurğunları iştirak edib.
“Xəzər” Alman – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Etibar Qəniyev Zəlimxan Yaqubun həyat və yaradıcılığı haqqında məlumat verib.
Qeyd edək ki ,62 yaşlı Zəlimxan Yaqub Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin sədri , Gürcüstanın “Şərəf”, Azərbaycan Respublikasının “Şöhrət” ordenləri ilə təltif olunub, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə o, 2010-cu ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.
|