AMM-da Xalq şairi Zəlimxan Yaqubla görüş
İyun ayının 23-də AMM-da xalq şairi Zəlimxan Yaqubla görüş keçirildi. Görüşdə AMM-in əməkdaşları, ziyalılar və media nümayəndələri iştirak etdilər.
Görüşdə çıxış edən şair Almaniyadakı müalicəsinin nəticələrindən danışdı vəqürbət eldə çəkdiyi vətən həsrətindən, Borçalıya olan sevgi və məhəbbətindən söz açdı. Vətən torpağının insanları yaşın yetkin vaxtında özünə daha da cəlb etdiyini və bu sevgini vətənə həsr etdiyi şeirlərlə ifadə etdi. Ona bu ağır xəstəlikdən ayağa qalxmaqda mənəvi dəstək olan borçalılara, onun havasına, suyuna və bütün Zəlimxansevərlərə öz təşəkkürlərini bildirdi. Görüşdə əsas diqqət müasir Azərbaycan-gürcü mədəni-mənəvi əlaqələrinin inkişafına yönəldildi. Şairin 60 illik yubileyinin ölkömizdə və bölgələrdə yüksək səviyyədə qeyd olunduğu göstərildi.
Klassik və müasir yazarların əsərlərinin hər iki dilə tərcümələrinin yeni mərhələdə olması vurğulandı və bu işdə AMM-in rolunun daha da artılması barədə fikir mubadiləsi aparıldı.
Görüşün sonunda şair görüş iştirakçılarının suallarına cavab verdi. AMM-in sədri Fazil Həsənov vaxt tapıb görüşə gəldiyi üçün şairə minnatdarlığını bildirdi və xatirə olaraq C.Amirecibinin “Data Tutasxia”, N.Dumbadzenin “Otar oyunun dul qadını” əsərlərinin Azərbaycan dilinə tərcümə olunmuş variantlarını hədiyyə verdi.
|