Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   "Bu sənəti bilməyən, anlamayan aşıq sənətinədən yazı yazmasın!"

 

"Bu sənəti bilməyən, anlamayan aşıq sənətinədən yazı yazmasın!"

 

   Aşıqlar Birliyinin sədri, xalq şari Zəlimxan Yaqub Azərbaycan mətbuatına “qadağa qoydu”. Birliyin sədri SalamNews-a açıqlamasında mediadan gileyini əsaslandırmaq üçün deyib: «Azərbaycan aşığının səsi artıq bütün dünyadan gəlir. Bu folklor sənəti YUNESK0-da tanındı. Aşıqların ilk beynəlxalq festivalı keçirildi. Bütün Türk Dünyasının ozanları Azərbaycana yığışdı. Amma Azərbaycan mediası xalq yaradıcılığının bu növünə yer ayırmır, onu təbliğ etmir”.

   Z.Yaqubun fikrincə, media şou-bizneslə aşıq sənətini eyni tərəzuyə qoymaqda yanlışlığa yol verir. Birlik sədrinin sözlərinə görə, ən azı dövlət yardımı alan KİV mütəmadi olaraq xalqın qədim sənət növünə yer ayırmalıdır. “Mən demirəm ki, nöqsanlar yoxdur. Amma nöqsanları sağlam tənqidlə çatdırmaq gərəkdir. Jurnalistlər aşıq sənətinə qarşı həddən artıq həssas olmalıdırlar. Mən qələm əhlini xəbərdarlıq edirəm, bu sənəti bilməyən, anlamayan aşıq sənətinədən yazı yazmasın”.

  SalamNews

  Geri