ZƏLİMXAN YAQUBUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB:
“QARABAĞ ŞİKƏSTƏSİ”
Yaradıcılığında Qarabağ mühairbəsi, erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi mühüm yer tutan və həmişə də torpaqlaqrımızın işğaldan azad ediləcəyinə böyük ümid və inamla yaşayan Xalq şairi Zəlimxan Yaqubun bu günlərdə yeni kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda 1000 titajla çap olunmuş kitab “Qarabağ şikəstəsi” adlanır. 23 çap vərəqindən ibarət olan kitabda şairin Qarabağ mövzusunda yazdığı şeirləri və bu mövzudakı 11 poeması yer alıb.
Kitabı nəşrə hazırlayan və redaktoru Z.Yaqub ədəbi irsinin nəşrində böyük zəhməti olan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır.
Kitab Namiq Yaqubovun maddi dəstəyi ilə nəşr olunub.
|