Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Kitabxanada Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd olunub

Kitabxanada Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 4 nömrəli filialında Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

İdarədən bildirilib ki, tədbirdə kitabxananın müdiri Turanə Əmirova böyük şairin mənəvi xəzinəmizə bəxş etdiyi poeziya incilərindən söhbət açıb.

Kitabxananın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin sədri Zərəngiz Mansurova, kitabxananın əməkdaşları Esmira Zülfüqarova, Mehriban Ağayeva və başqaları şairin poeziyasının özünəməxsusluğundan danışıblar. Bildirilib ki, Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən şairi idi.

Sonda şairin poeziyasından nümunələr səsləndirilib.

  Geri