Xalq şairi Zəlimxan Yaqubun yubileyinə həsr olunmuş
"Şair ömrü" adlı tədbir keçirilib
![]() Yanvarın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xocəsən qəsəbə klubu və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialının birgə təşkilatçılığı ilə 103 saylı tam orta məktəbdə Xalq şairi Zəlimxan Yaqubun yubileyinə həsr olunmuş "Şair ömrü" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan klubun mədəni-kütləvi təşkilatçısı N.Qafarova iştirakçıları salamlayaraq, şairin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verib.
Sonra məktəblilər şairin yazdığı əsərlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Şairin yaradıcılığından bəhs edən kitab sərgisi məktəblilər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Xocəsən qəsəbə klubunun və Binəqədi rayon MKS-nin 5 nömrəli filialının əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.





|