Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN YAQUBSUZ ÜÇ İL.....

ZƏLİMXAN YAQUBSUZ ÜÇ İL.....

Bu gün Xalq şairi Zəlimxan Yaqubun əbədiyyətə qovuşmasının üç ili tamam oldu. Zəlimxansevərlər onun xatirəsini Fəxri Xiyabanda məzarı başında anaraq ruhuna dualar oxudulur. Fəxri Xiyabanda sözün əsl mənasında bir SÖZ BAYRAMI yaşandı. Öz dəyərli vaxtını ayırıb Zəlimxan Yaqubun ruhuna hörmət əlaməti olaraq Fəxri Xiyabana gələn yüzlərlə Zəlimxansevərlərə sonsuz təşəkkürlərimizi çatdırıram. Öz çıxışları ilə tədbirin əhəmiyyətini bir az da yüksəldən Əməkdar elm xadimi, professor, dəyərli ağsaqqal Qəzənfər Paşayeva, Millət vəkili, akademik Nizami Cəfərova, şair Yusif Nəğməkara, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misrova, gənc qiraətçi Ayxan İmanova, Təbrizdən gəlmiş şair Aqşin Ağkəmərliyə, professor Vidadi Orucova, Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ağamurad İsrafilova, şairlərdən Sabir Sadaxlıya və Azad Abdurahmanova, eləcə də şairin sadiq dostları Elşad Həsənova, Səməndər Məmmədova, Tacir Başkeçidliyə, Əkbər Qoşalıya, Qafar Sarıvəlliyə, Qılman İmana, Anar Aminə ayrıca təşəkkür edirəm.

Musa NƏBİOĞLU

Əməkdar Mədəniyyət İşçisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  Geri