Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Marneulidə Xalq şairi Zəlimxan Yaquba həsr olunan “Poeziya Günü” keçirilib

Marneulidə Xalq şairi Zəlimxan Yaquba həsr olunan

“Poeziya Günü” keçirilib

Fevralın 12-də Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin və Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatcılığı ilə Marneuli şəhərinin mədəniyyət evində Türk dünyasının böyük şairi Zəlimxan Yaquba həsr olunmuş "ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ" ədəbi bədii gecə keçirildi. Bu beynəlxalq tədbirdə kvemo-Kartli bölgə qubernatoru Qriqol Nemsadze, qubernatorun müavini Zaur Darğallı, Azərbaycan Respubilkasının Gürcüstandakı səlahiyyətli səfiri Dursun Həsənov,Türkmənistanın Gürcüstandakı səlahiyyətli səfiri Dövlətmurat Muratov, Gürcüstanın Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri Ayaz Məmmədov, Gürcüstan parlamentinin deputatı Tamaz Naveryani, Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze, Azərbaycan aşıqlar birliyinin katibi Əməkdar Mədəniyyət işçisi Zəlimxan Yaqubun araşdırmaçısı və yaxin dostu Musa Nəbioğlu, Gürcüstan Yazıçılar Birliyinin sədri Baxadur Arabuli iştirak etdilər. Tədbirdə Gürcüstanda azərbaycanlıların yaşadığı bütün ellərdən ziyalılar Zəlimxan işığına toplaşdılar.

Bu beynəlxalq tədbirdə GAK-ın sədri Hüseyin Yusubov tədbir iştirakçılarını salamladı. Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev şairin həyatı və yaradıcılığı haqda məruzə etdi. Rəsmi qonaqlar və bir çox Borçalı ziyalıları çıxış etdilər.
Borçalının bir çox ustad aşıqları şairin şeirlərinə həsr olunmuş mahnılar ifa etdilər. Məktəblilər Zəlimxan Yaqubun şeirlərini azərbaycan və gürcü dillərində səsləndirdilər
Sonda şairin kiçik qardaşı Çingiz Yaqubov qonaqlara və tədbiri təşkilatçılarına öz minnətdarlığını bildirdi.

 

 

 

 

 

 

 

 

 

  Geri