Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Qaraçöpdə Azərbayanın Xalq şairi Zəlimxan Yaqubun doğum günü qeyd olunub

Qaraçöpdə Azərbayanın Xalq şairi Zəlimxan Yaqubun

doğum günü qeyd olunub

Qaraçöpdəki (Saqareco rayonu) Yor-Muğanlı kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Azərbayanın Xalq şairi Zəlimxan Yaqubun doğum günü qeyd olunub. Tədbiri məktəbin direktoru Qazax Abdullayev açıb. Sonra məktəbin məllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Fərhad Xubanlı çıxış edərək şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. F. Xubanlı xalq şairinin xalqın dilində həmişəyaşar poeziya nümunələri yaratdığını, çoxcəhətli və rəngarəng yaradıcılığında saz və sözdən heykəl yaratdığını qeyd edib. F. Xubanlı Hüseyn Caviddən sonra Məhəmməd Peyğəmbər haqqında Z. Yaqubun böyük bir monumental əsər yazdığını da şagirdlərin nəzərinə çatdırıb. 


Tədbirdə məktəbin müəllimlərindən İsmixan Məmmədov, İsmayıl İsayev Z. Yaqub yaradıcılığının məziyyətlərindən söhbət açıblar. Sonda şagirdlərdən Elza Şabanova və Aytən Əhmədova və digər şagirdlər Z. Yaqubun şeirlərini xüsusi intonasiya ilə söyləyiblər. Tədbirdə həmçinin Z. Yaqub haqqında çəkilən müxtəlif filmlərdən parçalar nümayiş olunub və şairin öz dilindən şeirləri səsləndirilib.

Xatırladaq ki, xalq şairi Z. Yaqub dəfələrlə azərbaycanlıların kompakt yaşadığı Qaraçöpə səfər edib və şairin 50 illik yubileyi də Qaraçöpdə təntənəli şəkildə Azərbaycan və Gürcüstan deputatlarının, ictimaiyyət nümyəndələrinin iştirakı ilə keçirilib. 

Qeyd edək ki, Yor-Muğanlı kənd orta məktəbində 1200 şagird təhsil alır və şagirdlərə 80 nəfər müəllim dərs deyir.
Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci ilin yanvarın 21-də Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində anadan olub.



Nizami Məmmədzadə,

jurnalist

 

 

 

 

 

  Geri