Mayın 5-də Abdulla Şaiqin mənzil muzeyində Azərbaycan poeziyasında silinməz izlər qoymuş Xalq Şairi Zəlimxan Yaquba həsr olunmuş “Ədəbiyyatın bir incisi” adlı xatirə günü keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatına böyük töhfələr verən və xalqın yaddaşında hər zaman yaşayan Zəlimxan Yaqubun yaradıcılığını gənc nəslə çatdırmaqdır.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və üzvləri, paytaxtdakı mənzil və xatirə muzeylərinin əməkdaşları, şairin qələm dostları iştirak edəcəklər.
Xatirə günündə Zəlimxan Yaqubun poeziyasından nümunələr səsləndiriləcək, onun həyat və yaradıcılıq yolunu əks etdirən slaydlar nümayiş olunacaq.