Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək

2016-cı il martın 3-də Bakıda Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, respublikanın tanınmış incəsənət ustalarının qatıldığı tədbirdə xalq şairinin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək, Azərbaycanın tanınmış aşıqları ilə yanaşı Türkiyə və İrandan gəlmiş aşıqlar şairin sözlərini oxuyacaqlar. Tamaşaçılar eyni zamanda şairin şeirlərini tanınmış aktyorların ifasında dinləyəcək, eləcə də özünün ifasında audio və videolentlərdən dinləmək imkanı əldə edəcəklər. Tədbir axşam saat 7-də başlayacaq. Giriş dəvətnamə ilədir.
|