Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   XALQ ŞAİRİ ZƏLİMXAN YAQUB HAQDA YENİ KİTAB

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUB HAQDA YENİ KİTAB

 

Azərbaycan ədəbiyyatında özünəmxsus yeri olan Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab işıq üzü görüb. Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun nəşrə hazırladığı və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın müəllifi Xalq şairi Xəlil Rza Ulutürkdür. Kitabda, Zəlimxan Yaqubu “Əbədi Prometey, əbədi Səməndər quşu” adlandıran, onu “şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı” hesab edən, hələ 30 il bundan əvvəl “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, - deyən X.R.Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb. 

  Geri