Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN YENİ KİTABI
İŞIQ ÜZÜ GÖRÜB
 
 
 
2016-cı ilin ilk günlərində Xalq şairi Zəlimxan Yaqub oxucularını yeni şeirlər kitabı ilə sevindirib. Kitab nəfis tərtibatda Bakıda “Elm və təhsil” nəşriyyatında işiq üzü görüb. Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur. Yeni nəşr haqda məlumat verən Musa Nəbioğlu bildirib ki, kitaba Zəlimxan Yaqubun indiyədək heç bir kitabına daxil olmayan son əsərləri – 2014-cü ilin son aylarında və 2015-ci ildə yazdığı şeirlər, “Çanaqqala dastanı” və “Şuşada balam qaldı” poemaları və bir neçə hekayəsi daxil edilib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zəlimxan Yaqubun yaradıcılığında Qarabağ müharibəsi mövzusu mühüm yer tutur və “Şuşada balam qaldı” poemasını da 10 yaşlı övladı Şuşada erməni gülləsinə tuş gələn bir oxucusunun ona ünvanladığı məktubdan təsirlənərək yazıb.
 
Anadan olmasının növbəti ildönümü ərəfəsində oxucularını yeni kitabı ilə sevindirən Xalq şairini təbrik edir, son zamanlar səhhətində yaranmış problemlərdən tezliklə qurtarmasını arzu edir və deyirik: Tanrı sizi qorusun, Zəlimxan Yaqub! Yaşayın, yazıb-yaradın. Oxucularınız sizdən yeni-yeni əsərlər gözləyir.
  Geri