Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb

Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb

 

Bu günlərdə Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb. “Dünya çiçək, insan oğlu arıdı” adlanan bu kitabda şairin son iki ildə yazdığı və indiydək çap olunmuş heç bir kitabına daxil edilməyən şeirləri ilə yanaşı “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb. “Şərq-qərb” nəşriyyatında nəfis tərtibatla

çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur. Xatırladaq ki, bu, Xalq şairinin 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.

  Geri