Təltifləri və mükafatları
Kitablar
Məqalələr
Deyilənər
Şeirlər
Kitabları
Məqalələri
Müsahibələri
Şeirləri
Biblioqrafiya
Şəkillər
Portretlər
Tədbirlərdə çəkilmiş
Doğmalar arasında
Səfərlərdə
Zəlimxan Yaqub - 65
Video
Audio
Sözlərinə yazılmış mahnılar
Audio
Xəbərlər
Daşkənddə Xalq Şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib
Fevralın 8-də Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib. Tədbirdə səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
8.02.2016
Rustavidə Zəlimxan Yaqubun xatirəsi anılıb
Yanvarın 28-də Rustavi şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılıb. Gürcüstanda fəaliyyət göstərən Salam Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova tədbiri açaraq xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığından söhbət açıb, söz ustadının xatirəsinin xalqımızın yaddaşında uzun illər yaşayacağını bildirib.
28.01.2016
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb
Yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun anma mərasimi keçirilib. Tədbirdə Gürcüstanın dövlət, hökumət rəsmiləri, parlamentin deputatları, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin, SOCAR-ın əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
21.01.2016
XALQ ŞAİRİ ZƏLİMXAN YAQUB HAQDA YENİ KİTAB
Azərbaycan ədəbiyyatında özünəmxsus yeri olan Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab işıq üzü görüb. Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun nəşrə hazırladığı və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın müəllifi Xalq şairi Xəlil Rza Ulutürkdür. Kitabda, Zəlimxan Yaqubu “Əbədi Prometey, əbədi Səməndər quşu” adlandıran, onu “şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı” hesab edən, hələ 30 il bundan əvvəl “Zəlimxan yeganə şairdir ki...
15.01.2016
Tiflisdə Şair Zəlimxan Yaqubun anım mərasimi keçirildi
Yanvarın 13-də Gürcüstanın paytaxtı Tiflisidə şair Zəlimxan Yaqubun anım mərasimi keçirildi. Paytaxt Tiflisdə,İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində yerləşən “Azərbaycan Dosluq Klubu” auditoryasında “Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası”-nın təşkilatçılığı ilə Şair Zəlimxan Yaqubun anım mərasimi keçirildi.
13.01.2016
Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olundu
Vəfat edən Xalq şairi Zəlimxan Yaqubla yanvarın 11-də “Təzəpir” məscidində vida mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasiminə qatılıb. Dövlət başçısı mərhumun ailə üzvlərinə, yaxınlarına başsağlığı verib. Vida mərasimində dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar, mərhumun yaxınları iştirak edib.
11.01.2016
ZƏLİMXAN YAQUB DÜNYASINI DƏYİŞDİ
Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.
9.01.2016
Moskva ziyalılarından başsağlığı
Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına ağır itki üz verib. Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Biz Moskva ziyalıları Zəlimxan Yaqubun vəfatından kədərləndiyimizi bildirir Zəlimxan sevərlərə, mərhumun ailəsinə, şairin qələm dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk!
9.01.2016
XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
2016-cı ilin ilk günlərində Xalq şairi Zəlimxan Yaqub oxucularını yeni şeirlər kitabı ilə sevindirib. Kitab nəfis tərtibatda Bakıda “Elm və təhsil” nəşriyyatında işiq üzü görüb. Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur. Yeni nəşr haqda məlumat verən Musa Nəbioğlu bildirib ki, kitaba Zəlimxan Yaqubun indiyədək heç bir kitabına daxil olmayan son əsərləri – 2014-cü ilin son aylarında və 2015-ci ildə yazdığı şeirlər,
6.01.2016
Zəlimxan Yaqubun şeirləri İranın xəttatlıq sərgisində
Mayın 16-da Urmiyada fəaliyyət göstərən “Hövzeyi-hünər” Mədəniyyət Mərkəzinin sərgi salonunda İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin xəttat ustadlarının əsərlərindən ibarət sərgi keçirilib. Mədəniyyət mərkəzinin təşkil etdiyi sərgidə söz ustadları Firdovsi, Sədi Şirazi, Hafiz, Şəhriyar və başqalarının şeirlərindən parçalar, həmçinin müqəddəs “Qurani-Kərim”in bir sıra ayələri gözəl xətt ilə yazılmış tablolarda nümayiş etdirilib.
17.05.2015
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|