Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ÖLDÜRÜR

 

ÖLDÜRÜR

 

Bəxtinə yazılıb insan oğlunun,

Hərəni bir həsrət, bir ah öldürür.

Açıb-bükə bilmir günahlarını,

Çoxunu batdığı günah öldürür.

 

Üzülür piltəsi, əriyir şamı,

Sökülür sarayı, yıxılır damı.

Səssiz güllələrdi yıxan adamı,

Silahsız olanı silah öldürür.

 

Harınlar qarındı, qarınlar harın,

Onəlli yapışıb kökündən varın.

Gözü bu dünyadan doymayanların,

İçini kin yeyir, tamah öldürür.

 

Yerdən də, göydən də silinir izi,

Dizli kişilərin qırılır dizi.

Qıran özümüzük bir-birimizi,

Kim deyir adamı Allah öldürür.

 

 

  Geri