Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SƏNƏ


SƏNƏ

 

Bu qaynar ömrümü, coşqun ömrümü,

Bu çaşqın ömrümü, daşqın ömrümü,

Sevdanın ömrünü, eşqin ömrünü,

Sənə həsr eləmək həvəsindəyəm!

 

Gələn günlərimi, saatlarımı,

Sabaha açılan qanadlarımı,

Bütün toylarımı, büsatlarımı,

Sənə həsr eləmək həvəsindəyəm!

 

Açılan səhəri, gələn axşamı,

Süzülən badəni, içilən camı,

Yazılan kitabı, əriyən şamı,

Sənə həsr eləmək həvəsindəyəm!

 

Günəşdən aldığım nuru, ziyanı,

Çiçəkdən aldığım rəngi, boyanı,

Torpaqdan aldığım gücü, mayanı,

Sənə həsr eləmək həvəsindəyəm!

  Geri