Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GETMİSƏN


GETMİSƏN

 

Mən uca dağıydım, sən məğrur qaya,

Sən mənim sinəmdən qopub getmisən.

Yazın yağışıydın, yağdın üstümə,

Ruhuma, qanıma hopub getmisən.

 

Hicrannan ağladıb, həsrətnən sıxıb,

Buluddan yeriyib, şimşəkdən çıxıb,

Yellərnən dağıdıb, sellərnən yıxıb,

Sağımı, solumu çapıb getmisən.

 

Baxmaq baxışıma, gözümə qaldı,

Ümid səbrə qaldı, dözümə qaldı,

Yersiz özələnmək özümə qaldı,

Özünü özgədə tapıb getmisən.

 

Min yol oda salıb, oddan çıxardıb,

Gedişin dünyanı daddan çıxardıb.

Allahı, bəndəni yaddan çıxardıb,

Haqqın buyruğunda sapıb getmisən.

 

Bağrımın başını oyduqca oyub,

Eşqimdən bezikib, dünyamdan doyub,

Bir könül mülkünü xaraba qoyub,

Bir həsrət sarayı yapıb getmisən!

 

  Geri