Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   OLAN YERDƏ

 

 

OLAN YERDƏ

 

Dar cığırlar yola döndü,

İzimiz bir olan yerdə.

Əməlimiz çiçək açdı

Sözümüz bir olan yerdə.

 

Dəniz olduq, çay ummadıq,

Sambal gəzdik, say ummadıq.

Özgələrdən pay ummadıq,

Özümüz bir olan yerdə.

 

Haya çatdı harayımız,

Uçulmadı sarayımız.

Qafurumuz, Gərayımız,

Həzimiz bir olan yerdə.

 

Xəyal göydən enməz oldu,

İnam yoldan dönməz oldu.

Ocağımı sönmə oldu,

Közümüz bir olan yerdə.

 

Qəlbimizi köz elədik,

Neylədiksə düz elədik.

Azmı biri yüz elədik,

Yüzümüz bir olan yerdə? 

 

 

  Geri