ÖMÜR
Hansı anım mənalı,
Hansı vaxtım boş keçdi?
Hansı ayım əzablı,
Hansı günüm xoş keçdi?
Cavab tapana kimi
Əldən çıxdı cavanlıq,
Ömür getdi, yaş keçdi!