NƏ DEYİM
Hara uçursunuz, ay saniyələr,
Budaqdan tökülən yarpaqsınızmı?
Hara qaçırsınız, ay dəqiqələr,
Süfrədən bezikən qonaqsınızmı?
Hara köçürsünüz, xoş saatlarım,
Sizə dilmi töküm, uşaqsınızmı?
Nə deyim zamana, nə deyim sizə,
Bu qədər yaxınkən, ömrə, taleyə,
Bu qədər istəkdən uzaqsınızmı?!
|