Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GÜLƏCƏK DÖVRƏMDƏ GÜLLƏR, ÇİÇƏKLƏR

 

 

GÜLƏCƏK DÖVRƏMDƏ

GÜLLƏR, ÇİÇƏKLƏR

 

Məni qocaldanlar məndən cavandı,

Sabah onların da qocalmağı var.

Qəzəbin, qərəzin, hirsin, hikkənin,

İnsanın ömründən bac almağı var.

 

Yeyər, yediyini çeynəyər atar,

Acgöz cəmiyyətin timsahları var.

Mənim saçlarımın ağarmağında,

Çox-çox adamların günahları var.

 

Zaman günahlara oyun tutacaq,

Yerbəyer edəcək yaxşını, pisi.

Kimin seçimində kimin əli var,

Seçib ayıracaq dəmirdən misi.

 

Güləcək dövrəmdə güllər, çiçəklər,

Torpaqda toxumtək əkiləcəyəm.

Çoxu xəcalətdən yerə girəcək,

Mən göyün üzünə çəkiləcəyəm! 

 

 

 

  Geri