MƏNİM ÖMRÜM
Mənim ömrüm bir nəğmədi, oxunur,
Mənim ömrüm bir xalıdı toxunur.
Nəğmədə də, xalıda da işıq var,
Günlərimin çoxu işıq, çoxu nur.
Mənim ömrüm birlə yüzün arası,
Bütövündən qalıb ancaq parası.
Əlli keçib, altmış hələ qabaqda,
Gətirmədim heç kəsə üz qarası!
|