YAŞAMAZ
Tale yetirməsə, Tanrı verməsə,
Bərəkət sünbüldə, dəndə yaşamaz.
İlahi sevgilər, təmiz nəfəslər,
Səndə qərar tutub, məndə yaşamaz.
Dalğa da, dəniz də yaşaya bilər,
Dənizdə bir iz də yaşaya bilər.
Allah bəndəsiz də yaşaya bilər,
Allahsız bircə gün bəndə yaşamaz!
|