Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   YAXŞIDI

 

 

YAXŞIDI

 

Oxu bülbülüm, oxu,

Canda həvəs yaxşıdı.

Nəğmələrə can verən,

Qaynar nəfəs yaxşıdı.

 

Kiminin gözündə çən,

Kiminin saçında dən.

Lal olub dinməməkdən,

Yenə qəfəs yaxşıdı.

 

Dindiyin dilə qurban,

Vurduğun xala qurban,

Qalxdığın zilə qurban,

Endiyin pəs yaxşıdı.

 

Torpaq qədim, yer əzəl,

Gülər gül, ağlar xəzəl.

Məzardan beşik gözəl,

Sükutdan səs yaxşıdı!

 

 

  Geri