ÖMRÜN SON GÜNÜ
Dünya məndən dönən günü,
Dünyadan əlim çıxacaq.
Nə deməyə söz qalacaq,
Nə onda dilim çıxacaq.
Həsrət elə qovuracaq,
Cızdağım, külüm, çıxacaq.
Əcəl girəndə bacadan,
Qapıdan ölüm çıxacaq!