Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GÖRÜNÜR

 

 

GÖRÜNÜR

 

Yükü çəkə bilməyəndə,

Dərdin birə min görünür.

Əlin çatmır Allaha da,

Nə Tanrı, nə din görünür.

 

Yırtılır üzdəki pərdə,

Döy gələ bilmirik dərdə.

Gözümüzdə mələklər də,

Şeytan olur, cin görünür.

 

Uman bizi bürüyəndə,

Dağdan-dağa sürüyəndə,

İçərimiz çürüyəndə,

Çölümüz miskin görünür. 

 

 

 

  Geri