Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   AZƏRBAYCAN TÜRKÜNÜN QANI TÖKÜLÜR BU GÜN

 

 

AZƏRBAYCAN TÜRKÜNÜN

QANI TÖKÜLÜR BU GÜN

 

Eşit məni Atilla, Alp Arslan qalx məzardan,

Qurtar xalqı zülümdən, qurtar milləti dardan.

Ən qəmli bir səsə gəlir ən qədim bir diyardan,

Anaların yuxusu ərşə çəkilir bu gün,

Azərbaycan türkünün qanı tökülür bu gün.

 

Hardasan türkmən, qazax, səsini qaldır Krım,

Düşmən sinəmiz üstə gündə açır bir şırım.

Hər gün qopur qasırğa, hər gün çaxır ildırım,

Başını qaldıranın bağrı sökülür bu gün,

Azərbaycan türkünün qanı tökülür bu gün.

 

Beşiyi də kül olur, bələyi də, qundağı da,

Uşağı da yandırır, vəhşilər uşağı da!

İnsafdan yuxarıda, Allahdan aşağıda,

Ulu bir məmləkətin qədi bükülür bu gün,

Azərbaycan türkünün qanı tökülür bu gün.

 

Səpdiyimiz toxumlar sabah qəm bitirəcək,

Neçə taleyi küskün, bəxti kəm bitirəcək.

Hər gözdə, hər könüldə bir matəm bitirəcək,

Torpağa dən yerinə dərdim əkilir bu gün,

Azərbaycan türkünün qanı tökülür bu gün.

 

Olmasın heç kimsədən bir qorxum, hürküm haray,

Qoy çəkilsin dumanım, dağılsın bürküm haray.

Özün çat harayıma, qalx ATATÜRKÜM haray!

Ümid deyib gözləri haqq dikilir bu gün,

Azərbaycan türkünün qanı tökülür bu gün.

 

 

 

  Geri