Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ORDUM VARSA, YURDUM VAR

 

 

ORDUM VARSA,

YURDUM VAR

 

Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,

Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.

Mənə ordu gərəkdir sarsılmaz cahan kimi,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox!

 

Düşmənin yuvasını əlimlə pozmalıyam,

Səngəri dırnağımla, dişimlə qazmalıyam.

Tarixi qələmlə yox, qanımla yazmalıyam,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox!

 

Gözlər od, əllər silah, canlar sipər olmalı,

Kirpiyimiz sıxlaşıb yurda çəpər olmalı.

Damarda qan coşmalı, canda təpər olmalı,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox!

 

Bizə od vuranları yandırıb yaxan gərək,

Torpağa gözümüztək, qoruyub yaxan gərək.

Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox!

 

Torpağa sahib olub yer üstə yerləşməsək,

Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,

Millətin taleyini dürüst fikirləşməsək,

Özgələrdən bizlərə dırnaq qədər yardım yox,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox!

 

İnamsız bir qartalın qanadları gərilməz,

Döyüşsüz azadlığın meyvələri dərilməz.

Şəhidsiz bir millətin vətən ruhum dirilməz,

Oğullar ola-ola necə deyim mərdim yox,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox!

 

Nə Tanrıdan əl üzüb, nə haqdan küsmək gərək,

Qaniçən yağılara hesabı kəsmək gərək.

Vətənin hər daşının üstündə əsmək gərək,

Bu gün desəm gec olar, bu an tələsmək gərək.

Bu gün mənim həyatda bundan böyük

dərdim yox,

Ordum varsa, yurdum var!

Ordum yoxsa, yurdum yox! 

 

 

  Geri