Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BƏZƏNİN QIZLAR, BƏZƏNİN

 

BƏZƏNİN QIZLAR,

BƏZƏNİN

 

Yenə toylar yaxınlaşır,

Bəzənin qızlar, bəzənin.

Bəzənmək sizə yaraşır,

Bəzənin qızlar, bəzənin.

 

Fəsillərin yaz vaxtı var,

Oğulların saz vaxtı var.

Gözəllərin qız vaxtı var,

Bəzənin qızlar, bəzənin.

 

Gül toxunsun yanaqlara,

Bal bələnsin dodaqlara.

Nur çilənsin otaqlara,

Bəzənin qızlar, bəzənin.

 

Daraq çəkin telinizə,

Kəmər vurun belinizə.

Xına yaxın əlinizə,

Bəzənin qızlar, bəzənin.

 

Göy çəməndə çiçəksiniz,

Gözəlsiniz, göyçəksiniz.

Yer üzünə bəzəksiniz,

Bəzənin qızlar, bəzənin.

 

 

  Geri