Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   QİSMƏT

 


QİSMƏT

 

Göyün bəxtinə ulduz,

Yerin bəxtinə çiçək,

Çiçəyin qismətinə

Şeh pay olub, nəm düşüb.

 

Min gözəlin içində,

Qəribin qismətinə

Gəlib Şahsənəm düşüb.

Leyli Məcnuna qismət,

Əsliyə Kərəm düşüb.

 

Hər kəs öz qismətinə,

Bir yerdən açıb qapı,

Nə zaman ki, əlinə,

Fürsət keçib, çəm düşüb.

 

Tanrı, sənə çox şükür,

Bu həyatı duymağa,

Bu həyatdan yazmağa,

Nə yaxşı qismətimə

Dəftərlə qələm düşüb. 

 

 

 

 

  Geri