Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞAİR VAXTI

 

ŞAİR VAXTI

 

Vaxt olar zəhmətin zay olar, heç olar,

Vaxt olar qurbanın xınalı qoç olar.

Vaxt olar qazancın vədəsiz köç olar,

Bu dünya bir dəniz, sən onun adası,

Bu şair baxtıdı, darılma qadası!

 

Çəkilməz ağrısı, daşınmaz yükü var,

Buludda budağı, torpaqda kökü var,

Şeşindən min dəfə çox gələn yeki var,

Dünyanın zəhrini şairlər dadası,

Bu şair baxtıdı, darılma qadası!

 

Söz olub dodaqdan-dodağa qonmaqdı,

Köz olub yandırmaq, od olub yanmaqdı.

Ayazda üşümək, şaxtada donmaqdı,

Axırda qismətin ya odu, ya da su,

Bu şair baxtıdı, darılma qadası!

 

Ulu söz gözlərə işıqdı, çıraqdı,

Əllərdə silahdı, dillərdə yaraqdı.

Səninki dəftərdi, qələmdi, varaqdı,

Kiminin işi çox, kiminin ədası,

Bu şair baxtıdı, darılma qadası!

 

Vaxt olar qoruyub üstündə əsəllər,

Vaxt olar küsdürər, vaxt olar küsəllər.

Dərini soyallar, başını kəsəllər,

Min ildən sonra da kəsilməz sədası,

Bu şair baxtıdı, darılma qadası!

 

Baxma ki, başında tufan var. şimşək var,

Bağında həmişə dərməyə çiçək var,

Allahın sənə ki, verdiyi ürək var,

Hamının odudu, hamının odası,

Bu şair baxtıdı, darılma qadası! 

 

 

 

  Geri