YOL AYRICINDA
Dünyada gün görüb, ömür sürməyi,
Hər ürək istəyir, hər can istəyir.
Kimi öz meylini yara bağlayır,
Kimi qızıl gəzir, mərcan istəyir.
Yollarda bir tabut keçsə yanımdan,
Bıçaq vur, damla da çıxmaz qanımdan.
Min dəfə şirindi canı canımdan,
Mən həyat deyirəm, yer can istəyir.
Axtarsa həyatda kim tapacaq, kim,
Yollar ayrıcında bilinməz yerim.
Zəlimxan, canımı mən kimə verim,
Əzrayıl can alır, yar can istəyir.
|