Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   QOŞMA

 

 

QOŞMA

 

Biryolluq həsrətdən əlim üzülə,

Gün kimi üstümə yar işıq sala.

Məni barışdıra öz küskünümlə

Təbiət araya barışıq sala.

 

Tufanlı, hicranlı gün gətirməyə,

Qara saçlarıma dən gətirməyə.

Duman gətirməyə, çən gətirməyə

Onun yağdırdığı qar işıq sala.

 

Sevinci, kədəri yarıya bölək,

Qalsaq bir yaşayaq, ölsək bir ölək.

Məni tanrı bilə, özünü mələk

Aşiqi Allahla qarışıq sala! 

 

 

  Geri