Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏNƏ ÜMİD KİMİ BAX

 

 

MƏNƏ ÜMİD KİMİ BAX

 

Mənə ümid kimi bax – doğruldum gümanını,

Mənə işıq kimi bax – dağıdım dumanını!

Mənə inam kimi bax – sinə gərim çətinə,

Mənə sevgi kimi bax – dönüm məhəbbətinə!

Mənə səhər kimi bax – çevrilim sabahına,

Mənə sevinc kimi bax – nöqtə qoyum ahına!

Mənə bahar kimi bax – yaşıllanım, allanım,

Mənə payız kimi bax – şirələnim, ballanım!

Mənə həyat kimi bax–hər gün qaynayım, daşım,

Bax, mənə necə baxır atam, anam, qardaşım.

Nə qədər ki, baxırsan mənə barmaqarası

Qəti sağalan deyil ürəyimin yarası!

Demək qəlbimdə kədər, demək sinəmdə dağsan.

Bu gedişlə, ey insan,

Nə mən yüksələcəyəm, nə sən ucalacaqsan!

 

 

 

  Geri