YAZILSAN
Könül güldü bir uğurlu gəlişdən,
Can sevindi qəhqəhədən, gülüşdən.
Təmizlikdə fərqin yoxdu gümüşdən,
Xasiyyətdə qızılsan ki, qızılsan.
Məhəbbətin payızı var, yazı var,
Deyirlər ki, tale, qismət, yazı var.
Heçə dönər gözlərimdə yazılar,
Məndən qeyri başqasına yazılsan.
|