OLUR
Ömür cavandırsa dünya şirindi,
Çiçəkdə həmişə təravət olur.
Günəşdən od alır gülüşlərimiz
Sevib sevilirik məhəbbət olur.
Olsa da dünyanın yüz gözəlliyi,
Gözəldir hər şeyin öz gözəlliyi.
Ötərgi nemətdir üz gözəlliyi,
Könül gözəlliyi qiyamət olur.
|