Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DÜŞÜBDÜ

 

 

 

DÜŞÜBDÜ

 

Dünən bulaq üstə qızın-gəlinin,

Toy-nişan barədə sözü düşübdü.

Deyirlər təzə bəy olmaq istəyir,

Aranın yaylağa gözü düşübdü.

 

Çəmənlər torpağa döşəyib xalı,

Nişana  hazırdır kərəsi, balı.

Əlləri həsrətdən qalıb uzalı,

Elçi – dərələrin özü düşübdü.

 

Sığmayıb bu sevgi misraya, bəndə,

Yayılıb sədası şəhərə, kəndə.

Vətən torpağını toylu görəndə,

Sinəmə sənətin közü düşübdü.

 

 

  Geri