Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DÜŞMƏ SEVGİDƏN QAÇAQ

 

DÜŞMƏ SEVGİDƏN

QAÇAQ

 

Min-min kitab yazılır

Bir şamın işığında.

Hər kitab bir ocaqdı

İlhamın işığında.

 

Halal sünbül, halal dən

Maya tutur halaldan.

Qüvvət alır əl əldən

Salamın işığmda.

 

Dönür sərvətə, zərə,

Batır müşkə, ənbərə

Vəhy gəldi peyğəmbərə

Kəlamın işığında.

 

Dərd gəlsə qucaq-qucaq,

Düşmə sevgidən qaçaq.

İnsan xoşbəxtdir ancaq

İnamın işığında.

 

 

 

  Geri