Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BƏSLƏNİR

 

BƏSLƏNİR

 

Söz ürəkdə, fikir başda,

                     sevgi canda bəslənir,

Həyatımız şah damardan

                     axan qanda bəslənir.

 

Kök budağın, budaq kökün,

                     yarpaq mehin heyranı,

Tum budaqda, quş yuvada,

                     arı şanda bəslənir.

 

Axıb keçir ömrümüzdən

                     saniyələr, saatlar,

An zamanın övladıdır,

                     zaman anda bəslənir.

 

Tək olanda küləklərə,

                     tufanlara yem olur,

Yer üzündə açan güllər

                        gülüstanda bəslənir.

 

 

 

 

  Geri