Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏLMİŞƏM

 

GƏLMİŞƏM

 

Bu dünyada bişmək üçün

                     dünyaya xamdan gəlmişəm,

Sevgi adlı bir butayam,

                     eşq adlı camdan gəlmişəm.

 

Yarım atam, yarım anam,

                     bütövləşib, bir can olub,

Mən yarımçıq olmamışam,

                     bütövdən, tamdan gəlmişəm.

 

Haqqa doğru gedənlərdi

                     uzaq yolun yolçuları,

Mövlananın səcdəsinə

                     Şəms olub Şamdan gəlmişəm.

 

Məni belə güclü edən

                     güvəndiyim "Ənəlhəqq"di,

Həqiqətlər vurğunuyam,

                     Haqqa inamdan gəlmişəm.

 

 

 

 

  Geri