Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏN ÇƏKƏNİ QƏLƏM BİLMƏZ

 

MƏN ÇƏKƏNİ

QƏLƏM BİLMƏZ

 

Sözlər mənim çiçəyimdi,

Balımı sözdən çəkmişəm.

İşığımı, alovumu

Sözdəki közdən çəkmişəm.

 

Min dağı, min dərəsi var,

Uçurumu, bərəsi var,

Sözün nə ki şirəsi var,

Baxışdan, gözdən çəkmişəm.

 

Yarım bilməz, Lələm bilməz,

İçim bilər, aləm bilməz,

Mən çəkəni qələm bilməz,

Nə çəkdimsə, mən çəkmişəm.

 

28.10.2004

  Geri