Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞAİRƏM, SİZ MƏNİ QINAMAZSINIZ

 

ŞAİRƏM, SİZ MƏNİ

QINAMAZSINIZ

 

Ey məni duyanlar, məni sevənlər,

Ömrüm bağçasında bahar-yazsınız.

Telləri gümüşdən, üzü sədəfdən,

Siz mənim qəlbimdə dinən sazsınız.

 

Şeytanın zəhməti hədərdi-hədər,

Dost olan ürəkdən gen düşər kədər.

Sayınız olsa da ulduzlar qədər,

Mənimçün azsınız, yenə azsınız.

 

İsti yuvamsınız - uçan quş olsam,

Dərmanım sizsiniz - dərdə tuş olsam.

Arada kimisə unutmuş olsam,

Şairəm, siz məni qınamazsınız.

 

21.10.2004

  Geri