NƏ GÖZƏLDİ
YAŞAMAQ
Nə gözəldi yaşamaq, -
Yaşadığın dünyada
Nə əlil, nə kimsəsiz,
Nə də bir şikəst ola!
Nə gözəldi yaşamaq, -
Nə könül əzab çəkə,
Nə cana bir qəsd ola!
Nə gözəldi yaşamaq, -
İnsan şərab içməmiş
Gözəllikdən məst ola!
Nə gözəldi yaşamaq, -
Vətənin azad, rahat,
Millətin sərbəst ola!
20.10.2004
|