Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ÇİÇƏKLİ

 

 

ÇİÇƏKLİ

 

Hayana boylanıb, hayana baxsan,

Yer çiçək, göy çiçək, təbiət çiçək.

Çiçəkdən doğular sevən-sevilən,

Qız-oğlan çiçəkdi, məhəbbət çiçək.

 

İstisi, işığı, odu çiçəkdi,

Tamı, şirinliyi, dadı çiçəkdi,

Burda həqiqətin adı çiçəkdi,

Çiçək həqiqətdi, həqiqət çiçək.

 

Havası çiçəkdi, suyu çiçəkdi,

Bayramı çiçəkdi, toyu çiçəkdi,

Məst ol, qucağında uyu, çiçəkdi,

Təmizlik çiçəkdi, təravət çiçək.

 

Yatıram, yuxumda çiçək görürəm,

Qalxıram, duyğumda çiçək görürəm,

Hər tumda, toxumda çiçək görürəm,

Nəzakət çiçəkdi, ləyaqət çiçək

 

İlahi sevgi var torpağa, yurda,

Çöllər cilvələnir işıqda, nurda,

Allahın özü də şairdi burda,

Söz bir gülüstandı, şeiriyyət çiçək.

 

01.10.2004

  Geri