Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HAQQI DİNLƏMƏK GÖZƏL

 

 

HAQQI DİNLƏMƏK GÖZƏL

 

Yerdəki çaxnaşmadan,

Göydəki şimşək gözəl.

Dibçəkdə göyərəndən,

Çöldəki çiçək gözəl.

 

Bağrımız zədən-zədən,

Uçar ruh, köçər bədən.

Min şirin əfsanədən,

Bir acı gerçək gözəl.

 

Doyduq yalan yeməkdən,

Üzüldük inləməkdən.

İnsanı dinləməkdən,

Haqqı dinləmək gözəl.

 

 

29.09.2004,

Cenevrə

 

 

 

 

  Geri