Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HƏR GÜN SEVƏNLƏRİN QULAĞI SƏSDƏ

 

 

HƏR GÜN SEVƏNLƏRİN

QULAĞI SƏSDƏ

 

Məni duyanlardı məni sevənlər,

Sən məni duyunca yaşaram, gözəl.

Səs-səsə qarışıb, göz-gözə baxıb,

Söz-sözə uyunca yaşaram, gözəl.

 

Hər gün sevənlərin qulağı səsdə,

Hər görüş bir nəğmə, bir yeni bəstə.

Yumşaq əllərini gözümün üstə

Məlhəmtək qoyunca yaşaram, gözəl.

 

Bir Allah, bir sevgi, bir sən, bir də mən,

Qızınnam ocaqda, yannam pirdə mən.

"Doymadım" - desəm də, bir ömürdə mən

Doyunca, doyunca yaşaram, gözəl.

 

27.09.2004

 

 

  Geri