GÖZLƏYİRƏM
Endi yolların üstə
Çən, səni gözləyirəm.
Düşdü qara tellərə
Dən, səni gözləyirəm.
Özgə gülü dərmirəm,
Yaylıq üstə sərmirəm.
Torpağam, göyərmirəm,
Dən, səni gözləyirəm.
Qoyma ömür qısala,
Toy yerini yas ala.
Hamı çatdı vüsala,
Mən, səni gözləyirəm!
|